"Notr-Dam-de-Pari"nin bərpasına qərar verildi

DÜNYA 11 iyl 2020, 18:26

Parisin mərkəzində yerləşən "Notr-Dam-de-Pari" kilsəsi və ya Paris Məryəm ana katolik kilsəsinin orijinal memarlığına sadiq qalınaraq bərpa olunması barədə qərar qəbul olunub.


Demokrat.az xəbər verir ki, məlumatı Türkiyənn NTV telekanalı yayıb.


Bildirilib ki, Fransanın simvolu sayılan kilsənin yanğın zaman daha çox zərər dəymiş damındakı üzgüçlük hovuzu və ya orqanik bağça olmayacaq. Dam əslinə uyğun bərpa olunacaq.


Bərpa işləri 2024-cü ildə Fransada keçiriləcək yay olimpiya oyunlarından əvvəl baş çatdırlması planlaşdırılıb.


Qeyd edək ki, dünyanın mədəniyyət incisi adlandırılan 857 illik "Notr-Dam-de-Pari" kilsəsində 2019-cu il aprelin 15-də yanğın baş verib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top