Bakıda bloqer sosial yardımdan verilən pul ilə aldığı qarpızları təpiklədi — VİDEO

SOSİAL 11 iyl 2020, 17:01

Bakıda gənc bloqerin çəkdiyi video böyük qınağa səbəb olub.


Oxu.Az-ın məlumatına görə, “Zevs” ləqəbli bloqer çəkdiyi videoda bildirib ki, artıq üçüncü dəfə sosial yardım alıb.


Daha sonra isə həmin pula çox sayda qarpız alaraq ayaqları ilə əzib.


Bir çoxları bloqeri bu hərəkətinə görə tənqid edib. İzləyicilərin əksəriyyəti onu koronavirusla əlaqədar ölkədə yaranmış çətin vəziyyətdə dövlətin vətəndaşlara ayırdığı birdəfəlik yardım paketini israf etməkdə günahlandırıb. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top