Koronavirusun daha bir qorxunc XÜSUSİYYƏTİ — Ölüm riskini iki qat artırır

SOSİAL 11 iyl 2020, 09:46

Yeni növ koronavirus (COVID-19) infeksiyasının daha bir qorxunc xüsusiyyəti müəyyən edilib.


Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir. Xuaçjun Elmi-Texnologiya Universitetinin professoru Yan Çzinin rəhbərliyi altında həkimlər 24 yanvar və 10 fevral tarixləri arasında Uhan xəstəxanalarına qəbul edilən 600-dən çox xəstənin məlumatlarını təhlil ediblər. Çinli həkimləri müəyyən edib ki, yeni koronavirus qanda şəkəri yüksək olan xəstələrin ölüm riskini iki qat artırır. 


Hətta xəstə şəkərli diabetdən və ya piylənmədən əziyyət çəkməsə belə infeksiya pasiyentin ölümünə səbəb ola bilər. Həkimlər bildirir ki, koronavirus infeksiyası olan bir pasiyent xəstəxanaya daxil olan zaman öncə qanda şəkərin miqdarı ölçülməlidir. Onların nəticələri "Diabetologia" elmi jurnalı tərəfindən yayımlanıb. Koronavirus (COVID-19) pandemiyası zamanı ürək, qan-damar sistemi xəstəliklərindən sonra şəkərli diabet xəstəliyi olanlar ikinci böyük risk qrupuna daxildirlər. Xüsusilə xəstəlikdən 10 ildən artıq əziyyət çəkənlər, yaşı 45-i adlayanlar, diabet ağırlaşması və piylənməsi olanlar, eləcə də siqaret çəkənlər daha yüksək risk qrupuna daxildirlər.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top