Qarabağda döyülən Ermənistan əsgəri xəstəxanaya yerləşdirildi

HADİSƏ 18 sen 2018, 21:21

Azərbaycanın işğal olunmuş Ağdərə rayonunun ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində nizamnamədən kənar münasibətlər zəminində daha bir insident baş verib. 

Demokrat.Az-ın məlumatına görə, kiçik komandir 15-ci bölükdə xidmət edən Tigran Avetisyan adlı hərbi qulluqçuya qeyri-qanuni əmr verib.

Amma T.Avetisyan əmri icra etməkdən boyun qaçırıb. Nəticədə gecə saatlarında hərbçilər onu döyüb. T.Avetisyan ciddi xəsarət alıb və tibb məntəqəsinə yerləşdirilib.
Hadisə ilə bağlı hərbi polisdə cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top