Azərbaycanlı müğənni koronavirusdan sağaldı

ŞOU-BİZNES 11 iyl 2020, 09:30

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) bir müddət əvvəl koronavirusa yoluxduğunu açıqlamışdı.


Demokrat.az xəbər verir ki, sənətçi sağaldığını deyib. O, 10 gündən çox COVID-19-dan müalicə olunduğunu söyləyib.


Ötən gün ifaçı sosial şəbəkədə müalicələrini etdiyini və həkimin ona tam sağaldığını dediyini bildirib. Bahh vurğulayıb ki, yenidən test verib və orqanizmində heç bir virus aşkarlanmayıb.


Qeyd edək ki, Bahh Tee iyunun 30-da İnstaqram səhifəsində koronavirus infeksiyasına yoluxduğunu deyərək, onunla görüşən hər kəsə xəbər vermişdi.(axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top