ÜST ekspertləri koronavirusu araşdırmaq üçün Çinə yollandılar

DÜNYA 10 iyl 2020, 21:45

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bir qrup eksperti Çinə yol düşüb.
 

Demokrat.az xəbər verir ki, bunu təşkilatın rəsmi nümayəndəsi Marqaret Harris brifinq zamanı deyib.
 

Ekspertlər Çində koronavirusun mənbəyinin müəyyənləşdirilməsi üzərində işlər aparacaq. Qeyd olunur ki, qrupun tərkibinə epidemioloqlar və zooloqlar daxildir.
 

Ekspert qrupupunun ilkin tapşırığı virusun heyvani mənbəyini dəqiqləşdirmək və onun heyvandan insana hans yolla keçdiyini müəyyənləşdirməkdir. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top