"190 manatın köçürülməsi ilə bağlı problem varsa, araşdırılacaq" — Prezidentin köməkçisi

SOSİAL 10 iyl 2020, 18:14

“190 manatın köçürülməsi ilə bağlı problem varsa, bunlar aidiyyəti üzrə araşdırılacaq”.


Demokrat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 
O, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər görüldüyünü açıqlayıb:


“Qeyd etdiyiniz məsələ ilə bağlı faktlar varsa, nazirlik bunu araşdıracaq. Bu yaxınlarda nazirlik tərəfindən müvafiq açıqlamalar da verildi. Amma bir daha bizim tərəfimizdən bu məsələ ilə bağlı nazirliyə müraciət ünvanlanacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top