Almaniya hökumət sözçüsünün köməkçisi Misir casusu çıxdı — Araşdırma başladıldı

DÜNYA 10 iyl 2020, 17:44

Almaniyada hökumət sözçüsü köməkçisinin illərdir Misirə gizli məlumat ötürdüyü məlum olub.


Yeniavaz.com “ABC News”a istinadla xəbər verir ki, adı gizli saxlanılan şəxs Almaniyada Hökümət rəsmisi olmaqla bərabər, Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Steffen Seybertin ofisində də işləyir.


Almaniya hökumətinin mətbuat xidməti keçirilən konfransda bu barədə ünvanlanan sualları cavabsız qoyub.


Bəhs edilən şəxsin hazırda Almaniyada olub-olmadığı da bilinmir. Tanınmış media orqanı “Bild”də yer alan xəbərlərə görə, Misir hökumətinə çalışan casusun dövlətin mətbuat xidmətində çalışdığını və ofisdəki məlumat bazasına, müxbirlərin akrreditasiyası barədə ətraflı məlumatları bildiyini irəli sürüb.


Almaniyanın xüsusi xidmət orqanları isə ölkədə Misir hökumətinin təhlükəsizliyi üçün müəyyən agentlərin fəaliyyət göstərdiyini açıqlayıb.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top