Adı “MTN işi”ndə hallanan sabiq icra başçısı Londonda şirkət açdı

SOSİAL 10 iyl 2020, 17:41

1993-1999-cu illərdə Bakı şəhər Səbail rayonunun İcra başçısı olan Rüstəm Müzəffər oğlu Məmmədov İngiltərənin paytaxtı Londonda şirkət rəhbəri olub.


Demokrat.az xəbər verir ki, Rüstəm Məmmədov “27 Old Gloucester Street, London” ünvanında yerləşən “RM Oil Supplier Ltd” şirkətini açıb.


Rüstəm Məmmədov eyni zamanda  “27 Old Gloucester Street, London” ünvanında yerləşən “Azslnrr Finance Investments Ltd” və  “32 London Bridge Street, London” ünvanında yerləşən “Sky Digital Technology Limited”  şirkətlərinin də direktorlarından biri olub.


13 sentyabr 2018-ci ildə qeydiyyatdan keçən “Sky Digital Technology Limited” şirkətinin direktorlarından biri də Latviya vətəndaşı Rahmeds Beinarovicdir.


Bundan başqa Rüstəm Məmmədov “27 Old Gloucester Street, London” ünvanında yerləşən “Global Profitrade Ltd” şirkətinin direktoru vəzifəsindən imtina edib.


Məlumat üçün qeyd edək ki, bir neçə il əvvəl Rüstəm Məmmədovun adı həbs olunan  Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşlarının məhkəmə prosesində çəkilib. 


Mətbuatda yer alan məlumatlarda qeyd olunub ki, Rüstəm Məmmədov sabiq MTN naziri Eldar Mahmudov yaxın adamlarından olub. İddia olunur ki, Rüstəm Məmmədov xarici ölkələrdə çirkli pulların yuyulması ilə məşğul olub.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top