“Faizləri endirsək, müştərilər yenə pullarını bankdan götürməyə başlayacaq”

İQTİSADİYYAT 10 iyl 2020, 13:38

Pandemiyanın ilk ayları ərzində banklardan əmanət axını müşahidə olunurdu.


Bunu CBC telekanalına müsahibəsində Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia deyib.


"Mən bu insanların reaksiyasını anlayırdım. Niyə? Çünki təhlükə zamanı bəzi insanlar qaçır, digərləri donur, başqa bir kateqoriya isə çıxış yolu axtarır. Biz həmin adamlara izah etməyə çalışırdıq ki, onlar faizlərini itirəcək. Kimsə bizə qulaq asdı, kimsə yox. Mən JP Morgan Chase investisiya bankının rəhbəri Ceymi Daymonun (Jamie Dimon) bir sitatını çox sevirəm: "Bank qala kimi olmalıdır". Biz Yelo Bankı qalın divarları olan qala çevirməyi bacardıq. Yelo Bank kifayət qədər likvid bankdır. İyunun əvvəlindən biz depozitlər üzrə müsbət dinamika müşahidə etməyə başladıq. Gələcək addımların müzakirəsi zamanı belə bir təklif var idi ki, depozitlər üzrə faizləri endirək, çünki bizim faiz dərəcələrimiz yüksəkdir. Mənim baxışım fərqlidir. Biz indi bu xərci çəkərək, cəlb olunan vəsaitləri kreditlərə yerləşdirməliyik və iqtisadiyyatın bərpasına dəstək olmalıyıq. Çünki depozitlər üzrə faizləri endirsək, müştərilər yenə pullarını bankdan götürməyə başlayacaq. Başqa sözlə, biz qorxudan qaçanların siyahısında olmaq istəmirik, əksinə, həllər tapan, vəziyyətdən çıxış yolu axtaranlardan olmağı hədəfləyirik", - deyə bankir bildirib.(marja.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top