Qubaya əsgər meyiti gətirildi, kənd qarışdı — VİDEO

SOSİAL 10 iyl 2020, 11:34

Sosial şəbəkələrdə Quba rayonunun Üçgün kəndində çəkilmiş və Dövlət Sərhəd Xidməti əməkdaşları ilə kənd sakinləri arasında mübahisənin görüntüləri yayılıb.


Demokrat.az xəbər verir ki, mübahisəyə səbəbin kənd sakini və DSX-nin əsgəri Fərdi adlı gəncin ölümü olduğu iddia edilir. Bildirilir ki, meyiti gətirən rəsmilər onu birbaşa qəbristanlığa aparılaraq dəfn etmək istəyiblər. Əsgərin ölüm səbəbi kimi isə çayda boğulmasını göstəriblər. Lakin mərhumun valideynləri buna imkan verməyib. Meyitə baxış zamanı isə gicgahında güllə yarası va yarılma aşkarlandığı iddia olunur. Məlumata görə, ölən əsgərin xidməti başa vurmasına 3 aydan da az baxt qalıbmış.


Məsələ ilə bağlı DSX ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmadı.


Quba Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Rəsul Bayramov isə saytımıza bildirdi ki, onda məsələnin təfərrüatı barədə məlumat yoxdur:
“Bizim hərbçimizin Zaqatalada çayda boğularaq dəfn olunması haqqında məlumatımız var. Təfərrüatları barədə və vurulması ilə bağlı iddialar barədə məlumatım yoxdur”.(yeniavaz.com)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top