AMEA alimi həmkarları ilə koronavirus vaksini hazırladı: "6 aya..."

MÜSAHİBƏ 09 iyl 2020, 17:08

Xəbər verdiyimiz kimi, Türkiyədə elm adamları koronavirus peyvəndinin hazırlanması istiqamətində elmi tədqiqat işləri aparırlar. COVID-19-a qarşı peyvəndi hazırlamaq üçün azərbaycanlı alim, Biologiya elmləri doktoru, AMEA-nın muxbir üzvü, professor Tərlan Məmmədov da Türkiyədə elmi tədqiqatlar aparır. 


T.Məmmədov “MediaPost”a özəl müsahibəsində koronavirus peyvəndinin hazırlanması ilə bağlı detalları açıqlayıb. 


- Məlumatımıza görə, Türkiyədə koronavirus peyvəndinin hazırlanması üçün iş aparırsınız… 


- Mən hazırda bir neçə “vaksin namizədin” hazırlanması üzərində çalışıram. Artıq bir “antigen sinte” (vaksin) hazırdır. Yaxın günlərdə heyvanlar üzərində test edəcəyik. Bundan sonra insan üzərində testini aparacağıq. İşlərimiz uğurla gedir. 


- Koronavirus peyvəndinin hazırlanması prossesi nə vaxta kimi davam edəcək?


- Hazırda koronavirus insanlar arasında sürətlə yayılmaqdadır. Son rəqəmlər göstərir ki, bu virusdan xilas olmağın yeganə yolu effektiv vaksinin hazırlanmasıdır. Biz insanların sağlamlığını qorumaq üçün işlərimizi sürətləndirmişik. Hazırladığımız bir vaksinin aktivliyini də yoxlamışıq. Koronavirusun qarşısını almaq üçün çox güclü aktivliyi var. Bu zülal əsaslı vaksindir. Hazırda bu peyvəndin istehsal və sintez edilməsinin çoxlu çətinlikləri var. Bunun üçün zülalların düzgün quruluşda qatlanması və yüksək immunogen vaksin olmalıdır. Bunlar yeni tipli, rekombinant subunit tipli vaksinlərdir. Belə rekombinant protein tipli vaksinlarin hazırlanması, bir az uzun yol tələb edir. Biz bu vaksin antigenleri bitki yarpaqlarında sintez edirik. Ona görə, həm təhlükəsiz, həm ucuz prosesə başa gəlir. Həmçinin sintez edilmiş antigen namizədlər yüksək stabilliyə malik olurlar. Bunlar da ideal vaksin adlandırılır.  


- Bu peyvənd nə vaxta kimi hazır ola bilər?


- Düşünürəm ki, vaksinin insanlar üzərində sınaqdan keçirilməsi və vaksin kimi istifadasi üçün bundan sonra ən azı 6 ay zaman alacaq. Çox ümid edirəm ki,  bu vaksin koronavirusa qarşı bir effektiv vaksin kimi insanların həyatını xilas etmək gücünə malik olacaq. 


- ABŞ, Rusiya və digər bir sıra ölkələr artıq koronavirus peyvəndinin hazırladıqlarını və hazırda test etdiklərini bəyan ediblər. Bu necə tez başa gəldi? 


- Çox maraqlı sualdı. ABŞ və digər bəzi ölkələr protein əsaslı vaksinlərlə yanaşı, DNT əsaslı vaksinlər va ya zəiflədilmiş vaksinlər də hazırlayırlar. Tez vaksinlərin hazırlanması üçün virusun genetik elementindən istifadə edilir. Belə vaksinlər insanın hayatını xilas etsə də, bu vaksinlərin başqa neqativ təsirləri ola bilər. Çünki bu tipli vaksinlər insan bədəninə vurulduqdan sonra biz onların zərərinə (expresiyasına) nəzarət edə bilmirik. Belə vaksinlərin istifadəsindən sonra insanda xərçəng xəstəliyinin yaranması ehtimalı da mümükündür. Başqa tipli vaksinlər virusun özündən hazırlanan vaksinlərdir. Bu tipli peyvənd (attenuated vaccine) bir patogenin virulentliyini azaltmaqla yaradılır. Lakin yenə də canlıdır (viable). Digər tez başa gələn peyvəndlər də inaktivləşdirilib: istilik, kimyəvi maddələr və ya radiasiya istifadə olunmaqla tamamilə məhv edilmiş virus hissələrindən ibarətdir. Belə vaksinlərin də hazırlanması yolu nisbətən asan və tez başa gəlir.  


- Tərlan müəllim, bəzi insanlar koronavirusun mövcudluğuna hələ də inanmır. Bu insanlara nə kimi tövsiyələriniz var?


- Bütün dünya virusla mübarizə aparır. Demək olar ki, insanların əksəriyyəti evinə girib “virus bombası”ndan özünü qoruyur. Bu virusun varlığına inanmayan adamlar cahil insanlardır. Bütün dünya gözə görünməz “düşmənlə” müharibə aparır.  Bu “düşmənin” rəngi, iyi yoxdu. Amma görürsünüz nə qədər insanı öldürür, xəstəxanalara salır? Əziz soydaşlarım, bu virusdan özünüzü qoruyun! Bu “düşmən” çox təhlükəlidir!


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top