Serbiyada koronavirus səbəbilə qoyulan qadağalara etiraz edildi — 43 polis yaralandı

DÜNYA 09 iyl 2020, 17:13

Serbiyanın paytaxtı Belqradda insanlar yeni növ koronavirusla mübarizə çərçivəsində elan olunmuş tədbirlərə etirazlarını bildirmək üçün dünən axşam saatlarında aksiya keçirib.


Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, Serbiya polis rəisi Vladimir Rebik, öz açıqlamasında aksiyada 43 polisin iştirakçılar tərəfindən atılan müxtəlif sərt əşyalardan yaralandıqlarını və 5 polis maşınının yandırıldığını bildirib.


Serbiya Daxili İşlər naziri Nebojsa Stefanoviş isə baş verənlərin qəbuledilməz olduğunu vurğulayaraq, polisin öz işini gördüyünü deyib. O, həmçinin hər kəsin etiraz etmək hüququ olduğunu, ancaq heç kimin polisə daş atmaq hüququ olmadığı söyləyib.


Qeyd edək ki, etiraz aksiyaları prezident Aleksandr Vuçiçinin COVID-19-a yoluxma halları artdığı üçün paytaxt Belqradda həftə sonu küçəyə çıxma qadağası qoyulması ilə əlaqədar verdiyi açıqlamadan sonra təşkil olunub. Aksiya polisin təzyiqindən sonra dayandırılıb. Etiraz aksiyasında iştirak edən şəxslərdən 17 nəfər yaralanıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top