Paytaxtda bu qadağa LƏĞV EDİLİR — TARİX AÇIQLANDI

DÜNYA 09 iyl 2020, 15:45

Moskvada məcburi qoruyucu maska rejimi ləğv olunur.


Demokrat.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz şəxsi bloqunda yazıb.


O, iyulun 13-dən etibarən Moskvada küçələrdə məcburi maska rejiminin ləğv olunacağını söyləyib.


Bununla yanaşı, Moskva meri sosial məsafə tələbinin hələ də qüvvədə qaldığını vurğulayıb: “13 iyul 2020-ci il tarixindən küçələrdə vətəndaşlara maskadan, respirator və digər qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur. Küçələrdə məcburi maska rejimi isə ləğv olunur”.


Moskva meri vurğulayıb ki, ictimai nəqliyyatda, tibb müəssisələrində, mağazalarda və digər ictimai yerlərdə maskadan istifadə əvvəlki kimi vacibdir.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top