Daha bir icra başçısı karantin qaydalarını pozdu — FOTOLAR

HADİSƏ 09 iyl 2020, 15:07

Daha bir icra başçısı karantin qaydalarını pozub. 


Demokrat.az xəbər verir ki, xüsusi karantin rejimi ilə əlaqədar iyulun 6-da Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə mobil qrup üzvləri tərəfindən əhalinin sıx toplaşdığı məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində reydlər keçirilib. 


Bu zaman icra başçısı Əziz Əzizov və onun yanında olan şəxslər xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozublar. Onlar qapalı və açıq məkanlarda 5 nəfərdən artıq şəxslərlə bir yerə toplaşıblar.


Karantin qaydalarının pozulduğunu əks etdirən görüntülər Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də yerləşdirilib.


Qeyd edək ki, Operativ Qərargahın 2 iyul qərarına əsasən, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top