Sabahdan Qubada sərt karantin tətbiq edilir? — RƏSMİ AÇIQLAMA

SOSİAL 09 iyl 2020, 14:50

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib. 


Qazet.az xəbər verir ki, bu səbəbdən də COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır. 


Son günlər isə, iyul ayının 10-dan etibarən Quba rayonunda da sərt karantin rejiminin tətbiq ediləcəyi barədə xəbərlər yayılıb.


Quba Rayon İcra Hakimiyyətindən Qazet.az-a bildirilib ki, əhali arasında yayılan xəbərlər həqiqəti əks etdirmir. Belə addım atılacağı təqdirdə əhaliyə öncədən xəbər veriləcək.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top