Prezidentlərin və varlıların müştərisi olduğu məşhur brend iflas etdi

DÜNYA 09 iyl 2020, 14:21

ABŞ-ın ən məşhur geyim mağazalarından biri iflas etdiyini açıqladı.


Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da tanınmış bank rəhbərlərini geyindirməsi ilə tanınan məşhur geyim mağazası “Brooks Brothers” iflas etdiyini açıqlayıb.


1919-ci ildə qurulan və ABŞ-ın ilk geyim mağazası olaraq bilinən geyim mağazası mövcud 500 mağazadan 250-ni bağlayacağını bildirib. “Brooks Brothers” prezidentlərin, varlı iş adamlarının tez-tez müraciət etdiyi geyim mağazası olaraq tanınır.


Qeyd edək ki, mütəxəssislər koronavirus pandemiyası səbəbilə ABŞ-da bu il 15 mindən çox mağazanın bağlanacağını bildiriblər.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top