Hərbi Prokurorluqda yüksək vəzifəyə təyin edilən Mehdi Hüseynzadə kimdir? — FOTO

GÜNDƏM 09 iyl 2020, 00:36

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə Hərbi Prokurorluğun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.


Mehdi Hüseynzadə 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 1997-1999-cu illərdə isə magistr dərəcələrində fərqlənmə diplomları ilə bitirib.


1999-cu ildə Bakı Dövlət Universitetinin təqdimatına əsasən, prokurorluq orqanlarına xidmətə qəbul edilib. 


1999-2010-cu illərdə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə:  Tərtər hərbi prokurorluğunun böyük müstəntiqi, Sumqayıt hərbi prokurorluğunun müstəntiqi və prokurorun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi və böyük müstəntiqi vəzifələrində xidmət edib. 


2010-2013-cü illərdə Tərtər hərbi prokuroru olub, 2013-cü ildən indiyədək isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi vəzifəsində işləyib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top