“Karantin rejimi uzadılmamalıdır” — AÇIQLAMA

SOSİAL 09 iyl 2020, 12:01

“Məndən olsa, karantin rejimini uzatmaram. Mənim səlahiyyətimdə olsa, mən yalnız insanların maska taxmasına ciddi nəzarət və maskadan istifadəyə, sosial təcridə, əhalinin bir yerə toplaşmasının müəyyən dərəcədə qarşısının alınmasına, bunun təbliğinə önəm verərdim. Əsas önəmli cəhət budur”.


Bu fikirləri Qazet.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev bildirib.


O qeyd edib ki, xarici təcrübə tez bir zamanda öyrənilərək tətbiq edilməlidir. Qaydalara əməl edilmədən karantin rejiminin uzadılmasının heç bir mənası yoxdur.


“Biz qərar veririk ki, maskadan istifadə etməyənlər cərimələnsin. Cərimənin miqdarını da artırırıq. Əgər buna nəzarət olmayacaqsa, heç bir əhəmiyyəti yoxdur. İnsanları maska taxmağa məcbur etdirsək, o zaman hə. Yoxsa biz nə qədər də sərtləşdirsək, maska məsələsinə əməl edilməsə, görünən tədbirlərin nəticəsi zəif olacaq”, – deyə Cəlal İsayev əlavə edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top