Venesuela Silahlı Qüvvələri ölkə sərhədini pozduğu üçün ABŞ-ə a məxsus təyyarəni vurub.
BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuela Silahlı Qüvvələrinin Strateji Komandanlığı Tvitter səhifəsində paylaşım edib.
Məlumata görə, iyulun 8-ə keçən gecə ABŞ-a məxsus "Havker-800" model təyyarə Venesuelanın hava məkanına daxil olub.
Bundan sonra təyyarə raket zərbəsi nəticəsində yerə salınıb.