Bakıda gənc qız motosikletlə qəza törətdi

HADİSƏ 09 iyl 2020, 09:00

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.


Sürücü, 1992-ci il təvəllüdlü Qasımova Günay Ərəstun qızı “Koroglu” metrostansiyasının yaxınlığında motosikletə idarəetməni itirib. Nəticədə o, hadisə yerində bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top