Azərbaycanlı baş həkim Almaniyaya sığındı

HADİSƏ 17 sen 2018, 22:27

Sumqayıtda baş həkim tutduğu vəzifədən azad olunub.


Sumqayıt şəhər 1 saylı poliklinikanın baş həkimi Mətanət İsmayılova tutduğu vəzifədən azad olunub. 


M. İsmayılovanın baş həkim postundan öz ərizəsinə əsasən azad edildiyi deyilir. Onun yerinə isə hələlik təyinat olmayıb.


Qeyd edək ki, M. İsmayılova həkim-anestezioloq Nadir Təkləvinin həyat yoldaşıdır.

Məlumata görə, M. İsmayılovanın ölkəni tərk edərək Almaniyaya getdiyi bildirilir/xeberle.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top