Bakıda ekspress avtobuslarının iş qrafiki dəyişdirildi

SOSİAL 08 iyl 2020, 22:51

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə Bakıda ekspress xətlərin iş qrafiki dəyişdirilib.


Bakı Nəqliyyat Agentliyindən (BNA) Demokrat.az-a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur.


Avtobusların sayı, hərəkət intervalı və ümumi iş qrafiki də əldə olunan nəticələrə uyğun müəyyənləşdirilir.


“Son iki üç gün ərzində aparılan belə təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib.


Dəyişikliyə əsasən iyulun 9-dan ekspres xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. Yeni qrafikə uyğun olaraq ekspress xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək.


Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspres xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir”, - deyə xəbərdə bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top