"Rəsulzadənin adını Əli Kərimli ilə eyniləşdirmək dünyasını dəyişmişlərin ruhunu narahat etməkdir" — Deputat

SİYASƏT 08 iyl 2020, 22:26

“Rəsulzadə böyük şəxsiyyətdir və onunla eyniləşmək üçün gərək nəsə qurub yaradasan. O, ADR-i yaradıb. Elçibəy isə milli-azadlıq hərəkatının lideri olub. İqtidar Heydər Əliyevin müasir Azərbaycanın memarı olduğunu deyir. Xoşumuz gəldi-gəlmədi bu şəxsiyyətlər qurucudur, adlarını silinməmək şərti ilə tarixə yazıblar”.

 

Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Razi Nurullayev deyib.

 

R.Nurullayev qeyd edib ki, Rəsulzadənin adını Əli Kərimli ilə eyniləşdirmək milyonlarla Rəsulzadə sevərlərin qəlbini incitmək və dünyasını dəyişmişlərin ruhunu narahat etməkdir: “O, nə yaradıb, nə qurub? Əli Kərimli radikal, barışmaz müxalif siyasətin önündə gedənlərdən biridir. Buna da etiraz edən yox. İstəyir on qat daha radikal olsun. O da onun siyasi xəttidir, belə siyasətdən zövq alır. Onsuz da Azərbaycanda siyasət eybəcərdir, onu daha da eybəcərləşdirmək və gözdən salmaq lazım deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top