Toyların keçirilməsinə icazə verildi

DÜNYA 08 iyl 2020, 21:08

Çeçenistanda koronavirus pandemiyası ilə əlaqədar toy ziyafətlərinin keçirilməsinə qoyulan qadağa aradan qaldırılır.

 

Demokrat.az xəbər verir ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bu barədə özünün “VKontakte” sosial şəbəkəsindəki hesabında məlumat verib.

 

“Müsbət dinamikanı nəzərə alaraq, sosial məsafə tədbirlərinə riayət etməklə, toy mərasimlərinin keçirilməsinə və mərasim zallarının açılması barədə qərar qəbul etdim. Bu cür məkanlarda oturacaqların və masaların sayı iki dəfə azaldılmalıdır”, - R.Kadırov “VKontakte” hesabında yazıb.

 

Qeyd edək ki, Çeçenistanda 1 795 nəfərin koronavirusa yoluxduğu aşkar edilib.  (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top