I kurs tələbələri faciəvi şəkildə öldü - Universitetə cəmi 1 gün getmişdilər ...

HADİSƏ 17 sen 2018, 20:59

Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərin hər ikisi tələbə olub.

 

Demokrat.Az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

 

Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri - 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar.

 

Onların meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

 

Məlum olub ki, hər iki şəxs bu il Sumqayıt Dövlət Universitetinə qəbul olublar. Onlar sentyabrın 14-də yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Cəlilabaddan Sumqayıta köçüblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top