Baş həkimin oğlunun törətdiyi ağır qəza ilə bağlı RƏSMİ MƏLUMAT

HADİSƏ 08 iyl 2020, 13:23

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb.


DİN-in mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, iyulun 7-də saat 13 radələrində Sabirabad şəhəri ərazisində şəhər sakini K. Nəsirli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Banı Əliyevanı və qızı Hədiyyəni vurub. Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.


Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Qeyd edək ki, hadisəni törədən sürücü K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top