“ABŞ-da 6 min nüvə başlığı var, bu Çinin nüvə arsenalından 20-dəfə çoxdur”

DÜNYA 08 iyl 2020, 14:18

Çinin Xarici İşlər Nazirliyinin silah departamentinin direktoru Fu Zonq Çinin ABŞ və Rusiya ilə nüvə barədə danışıqlardan imtina etməsi barədə danışıb.


Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, Fu Zonq çıxışı zamanı bildirib ki, Çinin danışıqlardan imtina etməsi nüvə tərksilah prosesini dayandırması mənasına gəlmir. “ABŞ növbəti 10 ildə 500 milyard dollar və növbəti 30 ildə 1,2 trilyon dollar sərmayə qoyacaq. Diqqət edin,  ABŞ-da 6 min nüvə başlığı var, bu Çinin nüvə arsenalından 20-dəfə çoxdur. Çindən danışıqlarda iştirak etməsini istəmək ABŞ-ın hərbi üstünlük əldə etmək üçün etdiyi bəhanədir”.


Qeyd edək ki, ABŞ-la Çin arasında 2021-ci ilin fevral ayında hərbi gücün məhdudlaşdırılması ilə bağlı müqavilə başa çatacaq. Bu prosesin yenilənib-yenilənməyəcəyi isə hələlik bilinmir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top