Kəbəyə toxunmaq və öpmək qadağan edildi

DÜNYA 08 iyl 2020, 11:49

Səudiyyə Ərəbistanı hökuməti koronavirus səbəbindən zəvvarlara Məkkə və Mədinə şəhərlərində yerləşən müqəddəs məkanlara toxunmağı qadağan edəcək.


Bu barədə “Aş-Şark al-Ausat” qəzeti Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinə istinadən xəbər verib.


“Kəbəyə toxunmaq və öpmək qadağandır”, - nazirliyin açıqlamasında qeyd olunub.


Bundan əlavə, Kəbə evi ətrafında maneələr qurulacaq, zəvvarların maska taxması məcburi olacaq.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top