TƏBİB-dən koronavirusla bağlı daha bir açıqlama — SON DƏQİQƏ

SOSİAL 07 iyl 2020, 22:40

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

 

TƏBİB-dən Demokrat.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 7102 test edildiyi bildirilib.

 

Məlumata görə, indiyə qədər Azərbaycanda 529 875 test aparılıb.

 

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 21 374 nəfər koronavirusa yoluxub. 265 nəfər ölüb, 12 635-i isə sağalıb. Hazırda 8474 nəfər aktiv xəstə kimi qeydiyyatdadır. 

 

Həmin şəxslərdən 334 nəfərin vəziyyəti ağırdır, 60 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top