Narkotikin təsirindən polisə tabe olmayan şəxs tutuldu — VİDEO

HADİSƏ 07 iyl 2020, 23:06

Paytaxtın Sabuçu rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

 

Bakı şəhər BPİ mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, Tovuz rayon sakini, 1997- cü il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

 

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top