"Fairmont Baku" oteli açıq hava hovuzunu bağlayıb üzr istədi — AÇIQLAMA

GÜNDƏM 07 iyl 2020, 21:35

"Fairmont Baku" oteli Azərbaycanda karantin rejimi bitənədək açıq hava hovuzunun fəaliyyətini dayandırıb.

 

Demokrat.az xəbər verir ki, otel məsələ ilə bağlı məlumat yayıb.

 

Məlumatda deyilir:

 

"COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, Fairmont Bakı ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.

 

Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq otel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. Fairmont Bakıda yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur.

 

“Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, otelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz, bu yaxınlarda oteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik.” – Metyu Qreppo, Fairmont Bakı Alov Qüllələri, Baş Menecer

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top