Azərbaycan Prezidenti Yaponiyanın İmperatoruna başsağlığı verdi

SİYASƏT 07 iyl 2020, 16:16

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya başsağlığı məktubu göndərib.


Demokrat.az xəbər verir ki, dövlət başçısı Yaponiyanın cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.


Prezident faciə ilə əlaqədar İmperatora, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top