15 yaşlı oğlan Kürdə batdı — FOTOLAR

HADİSƏ 07 iyl 2020, 17:29

15 yaşlı gənc Kür çayının Kürdəmir rayonundan keçən hissəsində batıb.


"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.


Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlu həmkəndlisi ilə Kürdə çimərkən batıb.


Hadisə yerinə Kürdəmir rayon Polis Şöbəsinin və Aran Regional Sularda Xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.


Hazırda meyitin tapılması istiqamətində işlər davam etdirilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top