Yaxtada qızlarla əylənən kişilər cərimələndi — FOTO

DÜNYA 07 iyl 2020, 14:09

İstanbul boğazında dayanmış halda olan bir yaxtaya basqın edən polislər, xəbərdarlıqlara baxmayaraq içərisində parti təşkil edən onlarla qadın və kişi ilə qarşılaşıblar.


Milli.Az İHA-ya istinadən xəbər verir ki, həmin şəxslərə toplam olaraq 154 min 350 TL (Təxminən 38 min manat) pul cəzası verilib.


Asayişin Mühafizəsi İdarəsinə son günlərdə bəzi icarə yaxtalarında sosial məsafə qaydalarına riayət etmədən parti təşkil edənlərlə bağlı artıq neçənci belə xəbərdarlıq daxil olub.  Belə məlumatlardan birinə əsasən, polis dünən axşam saatlarında əməliyyat keçirib.


Polis yaxtaya basqın zamanı 49 nəfərlik parti iştirakçıları ilə qarşılaşıb. Əylənənlər pul cəzası ilə yaxa qurtarsalar da, yaxta sahibi Muzaffer C. və işçisi Tevfik T.T. polis idarəsinə aparılıblar.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top