"Qanuni oğru"lar Antalyada “sxodka” keçirdi

DÜNYA 07 iyl 2020, 12:55

Suxumi klanının lideri Merab Djanqveladzenin təşəbbüsü ilə Türkiyənin Antalya şəhərində “sxodka” baş tutub.


Unikal.org xəbər verir ki, bu barədə "primecrime.ru" portalı məlumat yayıb. 


Kriminal avtoritetlərin bir araya gəlməsinə səbəb 67 yaşlı Zaxari Kalaşovla (“Şakro Molodoy”) bağlı müzakirənin aparılması olub.


Belə ki, toplantıda iştirak edən "qanuni oğru"lar 2000-ci illərin əvvəllərində “Şakro Molodoy"un əsassız yerə bir neçə kriminal avtoriteti adından məhrum etməsinə etiraz ediblər.


“Sxodka”da "Lotu Quli" ilə bağlı müzakirələrin getdiyi də bildirilir. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top