Füzuli rayonunda koronovirus pandemiyasına qarşı reydlər keçirilib — FOTOLAR

GÜNDƏM 07 iyl 2020, 12:22

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Füzuli  rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reyd keçirilib. 


Əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlərdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər məsul şəxsləri iştirak edib, Horadiz şəhərində fəaliyyət göstərən bir neçə ticarət obyektlərində, ictimai-iaşə obyektlərində olub satıcı və alıcılarla marifləndirici söhbətlər aparıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah ediblər. 


Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən ictimai-iaşə və ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilərək bütün obyektlərdə işçi heyətinə tibbi maskalardan istifadə etmənin vacibliyi, sosial məsafənin gözlənilməsi və sanitary-gigiyenik qaydalara əməl edilməsinin  əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.  


Mobil qruplar tərəfindən Füzuli rayonu rayonu ərazisində mütəmadi olaraq reydlərin keçirilməsi davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top