Səudiyyə Ərəbistanından Həcc ziyarətilə bağlı açıqlama verildi

DÜNYA 07 iyl 2020, 12:27

Ər-Riyad rəhbərliyi dünyanı təsiri altına alan koronavirus (Covid-19) epidemiyası səbəbiylə bu il həyata keçiriləcək Həcc ziyarətləri ilə bağlı sağlamlıq protokolu yayımlayıb.


Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc Və Umrə Nazirliyi tərəfindən verilən açıqlamada 2020-ci il üçün nəzərdə tutulmuş həcc ziyarətinə məhdud sayda insanın qəbul olunacağı və onalara müəyyən şərtlərin qoyulacağı bildirib. Həmçinin bildirilir ki, bu il Həcc ziyarətlərinə görə xarici dövlətlərdən zəvvarlar qəbul edilməyəcək.


Nazirlik, hacı namizədlərdən və işçilərdən maskadan istifadə edilməsini tələb edib. Mina, Müzdəlifə və Ərafatda 50 kv m ərazidə quraşdırılan çadırlarda ən çox 10 nəfərin ola biləcəyini açıqlayıb. Həcc ibadətinin vaciblərindən sayılan şeytan daşlama vaxtı istifadə eiləcək daşların əvvəlcədən dezinfeksiya edilərək paketlər şəklində zəvvaralara paylanılacağı bildirilib. Nazirlik təvaf və sayda hacıların müxtəlif mərtəbələrə dağılacağını və sosial məsafə qaydalarına uyğun hərəkət edəcəyini açıqlayıb. Nazirliyin qərarına əsasən, Kəbə və Həcərül Əsvədə toxunmaq qadağan olunub. Zəm-zəm və içməli su plastik şüşələrdə zəvvarlara paylanacaq. Koronavirusa yoluxduğu aşkarlanan şəxsin ziyarətini tamamlamasına izin veriləcək. Belə ki, xəstə olanlar və onlar kimi şübhəli bilinən şəxslər ayrı qrupla öz ibadətlərini yerinə yetirəcəklər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top