FHN 6 min manat vergi borcu olan şirkətə 3,8 milyon manat ayırdı

SOSİAL 07 iyl 2020, 11:59

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.


Demokrat.az xəbər verir ki, tenderinin qalibini "Şahdağ Təchızat" MMC olub.


Tender müsabiqəsinin şərtlərinə görə "Şahdağ Təchızat" MMC FHN-nin Maddi Texniki-Təchizat İdarəsinə 3 milyon 779 min 304 manat dəyərində yumşaq inventarlar satacaq.


Məlumat üçün bildirək ki, 17.07.2017-ci ildə dövlət qeydiyyatına alınan "Şahdağ Təchızat" MMC barəsində açıq internet resurslarda heç bir məlumat mövcud deyil. MMC-nin bu sahədə hansı təcrübəyə sahib olduğu və daha əvvəl gördüyü analoji işlərlə bağlı da açıq mənbələrdə məlumat yoxdur.


Onu da bildirək ki, Quba rayonunda qeydiyyatda "Şahdağ Təchızat" MMC-nin dünənə (06.07.2020) olan məlumata görə dövlət büdcəsinə 6 min 118 manat 88 qəpik vergi borcu var.


Qeyd edək ki, tender müsabiqəsinin əsas şərlərindən biri də iştirakçı şirkətin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması ilə bağlıdır.(yeniavaz.com)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top