Monqol qızı dünyada qadınlar arasında ikinci yerdədir — FOTOLAR

MARAQLI 07 iyl 2020, 10:54

29 yaşlı monqol qızı Renzanhorloo Bud ABŞ-ın Texas ştatının Ostin şəhərindən olan 16 yaşlı Maçi Kerrindən sonra dünyada ikinci ən uzun ayağa sahibdir.


Demokrat.az xəbər verir ki, bu haqda məlumatı Britaniyanın “Daily Mirror” qəzeti yazır.


Mənbə bildirir ki, əslən Monqolustandan olan Budun boyu 205.7 sm, ayaqlarının uzunluğu dizindən dabana qədər 134.1 sm-dir.


İndi Renzanhorloo Çikaqoda yaşayır, ailəsinin hamısının boyu ucadır. Atasının boyu 208,2 sm, anasının boyu 185.4 sm-dir.


Qızın dediyinə görə, ayaqlarını gizlətmək əvəzinə, şort və yüksək topuqlu ayaqqabı geyinərək onları göstərməyi sevir.


“Şort və yüksək topuqlu ayaqqabı geyinməyi xoşlayıram ki, ayaqlarım daha uzun görünsün. Uzun ayaqlarımı sevirəm və düşünürəm ki, onlar məni daha da gözəlləşdirir”, –  deyə o bildirib.


O, dünyanın ən uzun qadınlardan biri sayılsa da, Ginnesin Rekordlar Kitabına düşmək istəyi yoxdur: “Bunu etməyi planlaşdırmıram, çünki bu, mənim üçün maraqlı deyil”.


“Ölçüyə görə paltar tapmaq həqiqətən çətindir. Ayaqqabımın ölçüsü 45-dir. Asiyada, hətta Monqolustanda və Koreyada uyğun ayaqqabı tapmaq mümkün deyil. Mən ABŞ-a gələndə uyğun paltar tapa bilmədim. Paltarı yalnız internetdən almağa çalışıram. Birinci sinifdə oxuyanda  müəllimimlə eyni hündürlükdə idim – 168 sm”, – o deyib.


Renzanhorloo Bud məktəbdə oxuduğu vaxtlarda yoldaşları tərəfindən təhqir olunmasa da, boyuna görə özünü narahat hiss etdiyini etiraf edib: “Uşaq olanda boyuma görə özümü çox pis hiss edirdim. Son 15 il ərzində mən görünüşümdən xoşlanmağa başladım, uzun ayaqlarımla özümü rahat hiss edirəm”.(konkret.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top