“Araz Supermarket”lə bağlı cəza

SOSİAL 07 iyl 2020, 10:30

Dövlət Gömrük Komitəsi “Araz Supermarket” MMC barədə inzibati protokol tərtib edib.

 
Demokrat.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.


İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

 
Qeyd edək ki, “Araz Supermarket” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top