Bakıda daha bir universitet müəllimi koronavirusdan vəfat etdi

SOSİAL 07 iyl 2020, 08:30

Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirusdan vəfat edib.


Demokrat.az xəbər verir ki, bu barədə universitetin prorektoru Xanım Sultanova bildirib.


“Koronavirus BSU-dan da yan keçmədi. BSU-nun rus dili kafedrasının müdiri dosent Könül Qasımovanı itirdik. Hamı şok içində. Hamı kədər içində. Mən ilk dəfə rektorumu belə dərd içində, "necə bir gəlini itirdik", - deyə için-için ağlayan gördüm. Çox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Hec özümə yer tapa bilmirəm!”, - deyə prorektor bildirib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top