Kəmaləddin Heydərovun yeznəsi işdən çıxarıldı

HADİSƏ 17 sen 2018, 11:27
Dövlət Gömrük Komitəsində daha bir dəyişiklik baş verib.
 
Demokrat.Az-ın "AzPolitika.info”ya istinadən məlumatına görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın kadrların Gömrük Komitəsindən uzaqlaşdırılması prosesi son günlər daha da sürətlənib.
 
Belə ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu dəfə Heydərovun bacısının həyat yoldaşı Faiq Şahbazovu İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıb. 
 
Onun yerinə artıq təyinat da olub. S.Mehdiyev bu vəzifəni özünün tələbə yoldaşı olan Fərhad Babayevə həvalə edib.
 
 
faiq
 
Onu da xatırlatmaq yerinə düşər ki, Faiq Şahbazov Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə bir neçə ay əvvəl – ötən ilin dekabrında təyin olunmuşdu. Bundan əvvəl o, Vergilər Nazirliyinin İnsan Resursları Departamentinin baş direktoru vəzifəsində işləmişdi. Lakin Mikayıl Cabbarovun vergilər naziri təyinatından cəmi 1 gün əvvəl F.Şahbazov həmin vəzifədən istefa vermişdi.
 
Bundan sonra onu Gömrük Komitəsində işə götürmüşdülər.
 
 
20180916_133808_resized

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top