Bakıda polislərin qadını məcburən maşına mindirməsi ilə bağlı AÇIQLAMA — VİDEO

HADİSƏ 06 iyl 2020, 20:07

Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsinin əks olunduğu görünütülər yayımlanıb.

 

Bakı Şəhər Baş Polis İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ barədə araşdırma aparılıb.

 

Bildirilib ki, fakt 1 ay əvvəl – iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib:

 

“Buna baxmayaraq, B.M.-nin bölməyə aparılaraq epidemiya əleyhinə, sanitariya-gigiyena və  karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top