Bəstəkar Ennio Morrikone vəfat etdi — İstənilən kinojanr ona itaət edirdi

DÜNYA 06 iyl 2020, 17:00

İtaliyalı bəstəkar Ennio Morrikone Romada vəfat etdi. Oskar mükafatı laureatı və çoxsaylı musiqilər müəllifi 91 yaşında idi.

 

BBC İtaliya mediasına istinadən xəbər verir ki, Morrikone bazar ertəsi gecəsi Roma klinikalarının birində yıxıldıqdan sonra aldığı zədədən dünyasını dəyişib. Bundan əvvəl o, omba sınığı ilə xəstəxanaya yerləşdirilmişdi.

 

Bəstəkarın ailəsi bildirib ki, Ennio Morrikonenin dəfn mərasimi xüsusi formada keçiriləcək.

 

Morrikone, Alberto Flamininin Roma ansamblında şöhrət qazanmağa başlayıb, sonradan radio və televiziya şoularında mahnılar aranjımançısı kimi çalışıb. O, kinoda debütünü 1961-ci ildə 30 yaşında edib. Həmin musiqi Morrikoneyə dünya şöhrəti və çoxsaylı mükafat, həmçinin iki Oskar mükafatı gətirdi. 

 

Yarım əsrdən artıq karyerası ərzində Morrikone 400-dən çox film və teleseriallara musiqi bəstələdi, italiyalı, fransalı və amerikalı görkəmli rejissorlarla işlədi.

Gənc bəstəkarın ilk uğuru, Serjio Leonun rejissoru olduğu "Dollar üçlüyü" ndən İtalyan vestern (Spagetti Westerns) saundtreki idi. İtalyalı rejissor, standart olmayan, yenilikçi yanaşma nümayiş etdirərək, o dövrdə solğunlaşan janra yeni həyat verdi. 

 

Klint İstvudun ifasında "adsız adam" trilogiyası tez bir zamanda "Bir dəfə vəhşi Qərbdə " kimi dünya kinosunun klassikinə çevrildi. Sonuncu musiqi kinomatoqrafiya tarixində ən çox satılan musiqilərdən biri oldu. 1980-ci illərdə Morrikone Leonun başqa bir şah əsəri, Hollivudda lentə alınan “Bir dəfə Amerikada” qanqster dramına üçün musiqi yazacaqdı. 

 

Sonralar bəstəkar ona "Qərb mütəxəssisi" kimi deyənlərə bu sözdən xoşlanmadığını etiraf etdi. "Bu, yazdığım musiqilərin cüzi bir faizidir" – vurğulamışdı  Morrikone.

1960-cı illərin sonlarında, Morrikone, şəfqət gətirən musiqidən tədricən uzaqlaşmağa başladı. O, yaradıcı arsenalını şaxələndirərək, İtaliya kinosunun ən görkəmli nümayəndələri ilə işləyir: Bernardo Bertoluççinin "İyirminci əsr" epik dramı üçün musiqi yazır, Pyer Paolo Pasolini "1001 gecə çiçəyi" və "Yağ, ya da sodomun 120 günü" adlı filmlər üçün musiqilər bəstələyir, Dario Arqentonun "Doqquz quyruqlu pişik" və "Boz məxmərdəki dörd milçək" dəhşətli filmləri üçün kompozisiyalar hazırlayır.

морриконе и тарантино

Morrikone fransız rejissorları ilə də fəal işləyib. Burada ən böyük uğuru ona Jan-Pol Belmondonun iştirak etdiyi filmlərdəki musiqi gətirdi: "Şəhər üzərində qorxu”, "Quldur" və "Peşəkar". Sonuncu musiqi Morrikonenin vizit kartı oldu və filmin özünü kölgədə qoyaraq, həmçinin Sovet İttifaqında hitə çevrildi.


Rus istehsalçıları da Morrikoneni əməkdaşlığa cəlb etməyə müvəffəq oldu. 2004-cü ildə italiyalı bəstəkar Vladimir Xotinenkonun "72 metr"  filmi üçün musiqi müəllifi oldu.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top