İcra başçısı ermənilərin qətlə yetirdiyi 2 yaşlı Zəhra və nənəsinin məzarını ziyarət etdi — FOTOLAR

HADİSƏ 06 iyl 2020, 14:37

Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndininin mülki əhalisini atəşə tutması nəticəsində qətlə yetirilən Sahibə Quliyevanın və onun azyaşlı nəvəsi Zəhra Quliyevanın üçüncü ildönümü ilə əlaqədar Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə iyulun 4-də azyaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın məzarlarını ziyarət ediblər. 


Bu barədə Demokrat.az-a Füzuli Rayon İcra Hakimiyyətindən məlumat verilib. 


Məlumata görə, azyaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva məzarları başında yad edilib, ruhlarına dualar oxunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top