Türkiyə Prezident Administrasiyası açıqladı — PKK-nın əsas təchizat xətti kəsilir

DÜNYA 06 iyl 2020, 14:10

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi “Hədəfdəki PKK düşərgəsi: Haftanin” başlıqlı bir paylaşım edib. 

 

Demokrat.az xəbər verir ki, paylaşımda belə deyilir: 


“Türkiyə PKK terror təşkilatının düşərgəsi və Suriyadakı PKK/YPG ünsürlərinin logistika mərkəzi olan Haftanində həyata keçirdiyi əməliyyatla yalnız öz təhlükəsizliyinə deyil, həm də qonşu İraqın təhlükəsizliyinə töhfə verir.


Haftanin Türkiyə tərəfində Cudi dağının şərqində, Uludərənin cənubunda və İraqın Zaho bölgəsinin şimalında yerləşir. İraq-Türkiyə sərhədində yerləşən Haftanin bölgəsindəki yüksəklik 800-2100 km arasındadır. İraqın şimalındakı dağlıq ərazidə bir çox fərqli düşərgə quran PKK terror təşkilatı Türkiyəyə sızaraq mülki vətəndaşlara və təhlükəsizlik güclərinə qarşı hücumlar təşkil edirdilər.


Haftanin bölgəsindəki PKK düşərgələri terror təşkilatının Şırnaka sızması və terror fəaliyyətlərini davam etdirməsi üçün logistika mərkəzi olaraq istifadə olunurdu. İraq dövləti və İraq Kürd Regional Rəhbərliyi (İKRR) Türkiyənin təkliflərinə baxmayaraq, PKK ilə mübarizədə kifayət qədər gücü olmadığını və PKK-nı bölgədən təmizləyə bilməyəcəyini bildirməkdədir.


Beynəlxalq hüquqdan irəli gələn haqlara əsaslanaraq, Türkiyə Silahlı Qüvvələri sərhədləri xaricindəki terror yuvalarına qarşı əməliyyatlar keçirir.


Haftanin PKK yaraqlılarının yetişdirildiyi bir baza olmaqla yanaşı, Suriyadakı PKK/YPG ünsürlərinə verilən logistik dəstəyi kontekstində Sincar ilə birlikdə vacib strateji nöqtələrdən biridir. Həmçinin bölgədəki PKK terror təşkilatı üçün Suriyadan silah-sursat və yaraqlılar təmin edilir.


Haftanin bölgəsinin terror ünsürlərindən təmizlənməsiylə Şırnak və bütün türk xalqı üçün daha təhlükəsiz olacaq. Eyni zamanda, təşkilatın İraq üzərindən Türkiyəyə gedən təchizat xətlərindən biri kəsilmiş olacaq.


Türkiyə separatçı terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatla yalnız öz təhlükəsizliyinə deyil, həm də qonşu İraqın təhlükəsizliyinə töhfə verir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top