Azərbaycanlı dünya çempionu 22 yaşında öldü

İDMAN 06 iyl 2020, 13:13

Azərbaycan idmanına itki üz verib.

 

"Report"un məlumatına görə, dünən gecə qəflətən halı pisləşən zorxana ustası Rüfət Gülaliyev vəfat edib.

 

Qeyd edək ki, əslən Laçın rayonundan olan Rüfət Gülalıyev 1998-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Zorxana ustası Avropa və dünya çempionluğundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top