AzTV-nin daha iki əməkdaşı xəstəxanaya yerləşdirildi — Koronavirusa görə

SOSİAL 06 iyl 2020, 12:54

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) daha iki nəfər koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilib.


Bu barədə "Konkret.az"-a AzTV-də yerləşən İdman kanalından məlumat veriblər.

 

Həmin məlumata görə, tanınmış idman şərhçiləri Fikrət Adıgözəlli və Rövşən Binnətli koronavirusa yoluxub. Hazırda onlar xəstəxanaya yerləşdiriliblər.


Qeyd edək ki, artıq AzTV-nin iki əməkdaşı COVID-19-dan dünyasını dəyişib. Artqı bütün saytlarda dəfələrlə televiziyada kütləvi yoluxma ilə bağlı xəbərlər dərc edilsə də, rəhbərlik bu məlumatı təkzib edib.


AzTV-nin mətbuat xidməti bununla bağlı ayrıca məlumat olacağını bildirib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top