Monqolustanda tauna yoluxanların sayı artır

DÜNYA 06 iyl 2020, 15:10

Monqolustanın qərbində Bayan-Ulqiy regionunda daha bir nəfərdə bubon taunu aşkar olunub.


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.


Bildirilir ki, Ulaanhus somonunun (ən kiçik administrativ ərazi vahidi - red) 15 yaşlı sakini marmot (gəmiricilər dəstəsi - red) əti yedikdən sonra xəstəxanaya düşüb. 
Ölkənin Səhiyyə Nazirliyi press-konfransda əhaliyə üz tutaraq, marmot əti yeməməyə çağırıb.


Xatırladaq ki, Monqolustanın Hovd aymakında (inzibati ərazi bölgüsüdür – red.) iki nəfərdə taun aşkar olunmuşdu.


Aymakın ərazisində karantin elan olunub, bölgəyə giriş və çıxış bağlanıb.(unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top